Bu il milli parkları 147 359 turist ziyarət edib

Bu il milli parkları 147 359 turist ziyarət edib
# 01 avqust 2022 10:24 (UTC +04:00)

Milli parklara artan maraq ekoturizmin təbliği məqsədilə həyata keçirilən tədbirlərlə bağlıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycanın milli parkları son illər daha çox məşhurlaşıb və parklara səfər artıq bir ənənəyə çevrilib.

2022-ci ilin 7 ayı ərzində milli parkları 147 359 turist ziyarət edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ən çox turist qəbul edən milli parklar Göygöl, Şahdağ, Hirkan, Abşeron və Ağgöldür.

Xidmət rəsmisinin sözlərinə görə, turistlərin sayında müşahidə olunan artım insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə işləri ilə yanaşı, sosial şəbəkələr üzərindən təbiətimizin foto və videolarda tərənnümünün, ekoturizmin təbliği istiqamətində tərəfdaşlarla birgə həyata keçirilən fəaliyyətin nəticəsidir:

“Biz bu gün xüsusilə vurğulaya bilərik ki, milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri həvəslə ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR