Ceyran ovlayan brakonyer saxlanılıb

Ceyran ovlayan brakonyer saxlanılıb
# 28 iyul 2022 10:46 (UTC +04:00)

Şirvan Milli Parkının əməkdaşları tərəfindən gecə saat 01:05 radələrində Milli Parkın 3 saylı postunun yaxınlığında ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib.

APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

Məlumata görə, brakonyerlərdən biri saxlanılıb, digəri isə parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ərazidən qaçıb.

Arzu Babayeva qeyd edib ki, araşdırma zamanı saxlanılan brakonyerin Salyan rayon Parçaxalac kənd sakini Rəşad Sultanov olduğu müəyyən edilib, faktla bağlı müvafiq sənədləşmə işləri aparılıb.

Xidmət rəsmisinin sözlərinə görə, saxlanılan brakonyer Milli Parkın əməkdaşları tərəfindən Salyan rayon Polis Şöbəsinə təhvil verilib, digər brakonyerin tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon polis şöbəsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR