COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb
# 03 dekabr 2022 11:17 (UTC +04:00)

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2023-ci il yanvarın 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il noyabrın 1-dək müəyyən edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR