Deputat: Azərbaycanda SMA xəstəsi olan 28 uşağın müalicəsi üçün 2 milyon manat tələb olunur - VİDEO

Elşad Mirbəşir, Milli Məclisin deputatı

© APA | Elşad Mirbəşir, Milli Məclisin deputatı

# 25 noyabr 2022 11:27 (UTC +04:00)

“Səhiyyə xərcləri üçün 1,9 milyard manat nəzərdə tutulub”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, güzəştli müalicələrin nəzərdə tutulduğu xərclərdə SMA xəstələrinə diqqətina artırılmasına ehtiyac var: “Azərbaycanda da bu xəstələr var. Hökumət üzvləri bu məqama diqqət yetirsinlər. SMA xəstəlikli uşaqlar nəzarətə götürülsün. İneksiya yolu ilə onların müalicəsi mümkündür. Azərbaycanda 28 belə xəstə uşaq var. Bu uşaqların birinin müalicəsi üçün 2 milyon manat tələb olunur”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR