Deputat: Bakıdan kənarda 30 ilin avtobuslarından istifadə edilir

Deputat: Bakıdan kənarda 30 ilin avtobuslarından istifadə edilir
# 01 iyun 2023 11:56 (UTC +04:00)

Azərbaycanda yük avtomobillərinin təqribən 2.5 faizi yeni avtomobillərdir, qalanları isə köhnə avtomobillərdir.

APA xəbər verir ki, bunu deputat İltizam Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

O bildirib ki, sərnişin avtobusları ilə bağlı vəziyyət daha kritikdir.

"Bakıdan kənarda 30 ilin avtobuslarından istifadə edilir. Bu cür avtomobillərin ətraf mühitə buraxdığı zərərli tullantıların həcmi çoxdur. Avtomobillərin utilizasiyası məsələsində bunlar da nəzərə alınmalıdır", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR