DİM: Ötən il 98 nəfərin diplomu saxta çıxıb

Məleykə Abbaszadə

© APA | Məleykə Abbaszadə

# 10 iyun 2022 12:20 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsil müəssisələrinin subbakalavr səviyyəsinə, rezidenturaya, doktoranturaya xarici dil üzrə və dövlət qulluğuna qəbul imtahanlarında, həmçinin dövlət qulluğu üzrə müsahibələrdə və xüsusi növ dövlət qulluğuna işə qəbulla bağlı imtahanlarda iştirak edən şəxslərin təhsil sənədlərinin dövlət nümunəli olub-olmaması araşdırılır.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib.

Bildirilib ki, 2021-ci ildə 936 şəxsə aid 6 magistr, 751 bakalavr, 3 orta ixtisas və 176 yenidənhazırlanma diplomlarının həqiqiliyinin yoxlanması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyinə sorğular göndərilib.

Sorğulara cavab olaraq 98 nəfərə aid 85 bakalavr, 2 orta ixtisas və 11 yenidənhazırlanma diplomunun hüquqi əsasının olmadığı bildirilib. Hüquqi əsası olmayan diplomlarla bağlı məsələlərə hüquqi qiymət verilməsi üçün Mərkəz tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətə cavab olaraq diplomların saxtalaşdırılması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müvafiq tədbirlərin görüldüyü bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR