DİM: Rus bölməsində ekspertlərin sayı azdır

DİM: Rus bölməsində ekspertlərin sayı azdır
# 18 noyabr 2022 12:57 (UTC +04:00)

Hazırda müəyyən fənlərdə, xüsusən də rus bölməsində ekspertlərin sayı azdır.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədr bu səbəbdən yoxlama prosesinin uzun çəkdiyini vurğulayıb:

"Nəzərə alsaq ki, yazı işləri bir dəfə deyil, bəzən iki-üç dəfə yoxlanılır. Bu baxımdan, bəzi çatışmazlıqlar özünü göstərir və ona görə də yoxlama prosesi uzanır. Bizdə hazırda 5-6 min ekspert var, amma düşünün ki, bu 20 min olsa, necə olardı? Yoxlama prosesi sürətli baş verərdi. Amma indi bizdə müəyyən markerlər var ki, onlar təlimlərdən keçərək bu prosesə cəlb olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR