DİM sədri 4 səhvin 1 düz cavabı aparmasının ləğv olunub-olunmayacağına münasibət bildirib

DİM sədri 4 səhvin 1 düz cavabı aparmasının ləğv olunub-olunmayacağına münasibət bildirib
# 06 mart 2023 15:00 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bəzi təhsil ekspertlərinin 4 səhvin 1 düz cavabı aparmasının ləğv olunacağı ilə fikrinə münasibət bildirib.

Məleykə Abbaszadə APA-ya müsahibəsində deyib ki, həmin ekspertlərə məsləhət görərdim ki, ehtimal nəzəriyyəsi ilə bir az tanış olsunlar:

“Bütün suallara yalnız bir bənd üzrə, məsələn, yalnız A və ya B bəndini seçməklə cavab yazan abituriyentlər də var. Onlar da balların 1/5-ni toplaya bilərlər. Ona görə bu qayda vacibdir. Uşaqlar arasında məşhur olan bir oyun var: “Dəniz döyüşü”. A-A və ya B-B edib bir-birinin gəmilərini məhv edirlər. İmtahanı belə oyuna çevirmək olmaz. İmtahanda insanlar şüurlu olaraq fikirləşib cavab yazmalıdırlar. “Ağlına nə gəlirsə, yaz, bəlkə, alındı” fikri ilə imtahana gəlmək olmaz. Mən bilmirəm, ekspertlər niyə belə məsuliyyəti üzərlərinə götürüb deyirlər ki, bu, ləğv ediləcək. Nəyə istinad edib belə elan verirlər, bunu başa düşmürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR