DİN: Kasıbları təhqir edən sürücü üzr istəyib - VİDEO

DİN: Kasıbları təhqir edən sürücü üzr istəyib - VİDEO
# 11 yanvar 2022 19:46 (UTC +04:00)

Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb. O, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. S. Bağırov əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR