Doğum evi ölmüş körpənin qaçırılması iddialarına münasibət bildirib

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

© APA | Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

# 27 iyul 2022 18:55 (UTC +04:00)

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (6 saylı Doğum Evi) ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı iddialara aydınlıq gətirib.

Doğum evindən APA-ya verilən açıqlamaya görə, Əkbərova Züleyxa Tahir qızı 30.06.2022-ci ildə 39-40 həftəlik hamiləliklə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna daxil olub:

"Doğuş zamanı ağır asfiksiya, yenidoğulmuşun qıcolması, tənəffüs çatmazlığı qeydə alınıb. Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulub.

Vəziyyətin ağırlığı ağır asfiksiya nəticəsində yaranan ürək və MSS tərəfindən olan pozulma ilə əlaqədar olub. Doğulduqdan neonatal koma vəziyyətində olub".

Doğum evindən o da bildirilib ki, 26 gün şöbədə kliniki, laborator, funksional müayinələrdən keçirilən körpə kardioloq, nevroloq, oftalmoloq, neyrocərrah tərəfindən konsultasiya olunub. Poliorqan çatmazlığı nəticəsində tələf olub:

"Ölüm diaqnozu ağır asfiksiya, neonatal koma, III dərəcəli mədəcik daxili qansızma, qıcolması, ketalohematoma olub. Meyit təşrihə verilib. Patomorfologiya müayinəsi nəticəsində ölüm səbəbi dəqiq bəlli olacaq".

O da qeyd olunub ki, mütəmadi olaraq həkim tərəfindən uşağın ailə üzvlərinə vəziyyəti ilə bağlı məlumat verilib, hətta davamlı şəkildə ailə üzvlərinin körpə ilə görüşü təşkil olunub: “Müəssisəmizdə bununla bağlı video sübutlar da mövcuddur”.

Qeyd edək ki, ölmüş körpənin ailəsi meyitin onlardan xəbərsiz Doğum evindən qaçırıldığını bildirib. Ailə, həmçinin körpənin həkim səhlənkarlığından öldüyünü iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR