Ekspert: "Topuq testi əsas diaqnostika növüdür"

Ekspert: "Topuq testi əsas diaqnostika növüdür"
# 03 iyun 2022 14:56 (UTC +04:00)

Yenidoğulmuşlarda bəzi irsi xəstəliklər ilk günlərdən özünü büruzə vermir. Heç bir kliniki simptom, əlamət görünmür. Topuq testinin götürülməsində əsas məqsəd bunları aşkara çıxarmaqdır.

APA xəbər verir ki, bunu Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulanların reanimasiyası şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Rüstəm Hüseynov bildirib.

Onun sözlərinə görə, lakin sonradan bu, hansısa ağır xəstəliklərə, əlilliyə və hətta ölümə səbəb ola bilər: “Topuq testi əsas diaqnostika növüdür, məqsəd də odur ki, vaxtında bu cür xəstəliklər aşkar edilsin və müvafiq müalicə tədbirləri görülsün. Bu gün Azərbaycanda ən çox yayılmış irsi xəstəliklərdən beşinin aşkarlanması üçün bundan istifadə edilməsi nəzərdə tutulub. Bu xəstəliklər vaxtında aşkar olunduqda və tədbirlər görüləndə, o insanlar sağlam həyat yaşaya bilərlər. Bəzi xəstəliklər var ki, həyat keyfiyyəti bundan asılıdır. Bu xəstəliklərin əksəriyyəti ağır sinir sisteminin pozulmasına, əqli geriliyə, ürək-damar çatışmazlığına, endokrin sisteminə təsir göstərir. Bunun qarşısı vaxtında alınsa, çox bahalı olmayan müalicələr edilsə, sonrakı problemlərlə üzləşmərik. Əgər hansısa xəstəyə az miqdarda maliyyə ilə müalicə tədbirləri görülməsə, bu sonradan həm ailə üçün psixo-emosional vəziyyət, həm də dövlət üçün çox böyük maliyyə problemləri yarada bilir. Əvvəllər Azərbaycanda bu müayinə aparılmırdı. Artıq uşaqda xəstəliklə bağlı klinik əlamətlər olduqdan sonra həkimlər irsi xəstəliklərdən şübhələnib qanda müayinələr aparırdılar. Bu qan isə xaricə göndərilirdi, Azərbaycanda bu yox idi. Bu isə çox böyük vəsait və vaxt tələb edirdi. Artıq iş-içdən keçdikdən sonra xəstəyə diaqnozun qoyulmağı o qədər də səmərəli iş deyildi. İndi isə Azərbaycanda bu test aparılır. ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR