Elman Rüstəmov AMB İdarə Heyətinin üzvlüyündən azad edilib - YENİLƏNİB

Elman Rüstəmov

© APA | Elman Rüstəmov

# 12 aprel 2022 11:35 (UTC +04:00)

Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Elman Rüstəmov AMB-ninn İdarə hetyətinin üzvlüyündən azad olunmaqla həm də AMB-nin sədrliyindən də azad olunacaq.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

***

saat 11.33

Milli Məclisin plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılması məsələsinə baxılır.

APA xəbər verir ki, “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” qərar layihəsi iclasda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi barədə təqdimat Azərbaycan Prezidenti tərəfindən göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR