Emin Hacıyev: Moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır

Emin Hacıyev: Moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır
# 06 iyun 2023 13:46 (UTC +04:00)

Bu gün mopedlərin yollarda təhlükəli hərəkəti digər hərəkət iştirakçılarına təhlükə yaradır. Buna nəzarət gücləndirilməlidir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.

Deputat bildirib ki, yol hərəkəti qaydalarının pozulmasına görə moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır: “Skuterlərlə bağlı da məsələ nizama salınmalı və təhlükəsizlik təmin edilməlidir. Elektrik skuterlər və velosipedlər üçün ayrıca yol xəttinin salınması artıq zərurətə çevrilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR