ETSN-lə FAO arasında əməkdaşlıq imkanları müzakirə olunub

ETSN-lə FAO arasında əməkdaşlıq imkanları müzakirə olunub
# 07 may 2022 12:49 (UTC +04:00)

Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də ETSN ilə FAO arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR