FHN-in Cənub Regional Mərkəzində "Heydər Əliyev İli"nə həsr olunmuş tədbir keçirilib - FOTO

FHN-in Cənub Regional Mərkəzində "Heydər Əliyev İli"nə həsr olunmuş tədbir keçirilib - FOTO
# 14 yanvar 2023 12:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri ilə birgə Mərkəzin akt zalında "Heydər Əliyev İli"nə həsr olunmuş "Heydər Əliyev ideyalarına sadiqik" mövzusunda tədbir keçirilib.

APA FHN-in saytına istinadən xəbər verir ki, əvvəlcə, Mərkəzin əməkdaşları Azərbaycan Respublikasının dövlət quruculuğunda əvəzsiz rolu olan, görkəmli siyasətçi, tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önündə gül-çiçək dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbirdə çıxış edən natiqlər hələ sovetlər dövründə Azərbaycanda müstəqillik ideyalarının təşəkkül tapmasında, elmi və kadr potensialının yüksəldilməsində, milli zabit kadrlarının hazırlanmasında xalqımızın ulu öndəri Heydər Əliyevin misilsiz rolundan, gördüyü titanik işlərdən danışıblar. Xüsusi vurğulanıb ki, məhz Ümummilli Liderin əsasını qoyduğu mütərəqqi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevrilib.

Tədbirin sonunda “Sən elə bir zirvəsən” adlı videoçarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR