FHN-nin informasiya sistemləri MEİS-ə inteqrasiya ediləcək

FHN-nin informasiya sistemləri MEİS-ə inteqrasiya ediləcək
# 30 iyul 2022 17:05 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya ediləcək dövlət qurumlarının informasiya sistemlərinin sayı artırılıb.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Fövqəladə Hallar Nazirliyinin informasiya sistemləri və ehtiyatları MEİS-ə inteqrasiya ediləcək.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir.

MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. MEİS-in fəaliyyəti “bir pəncərə” prinsipi əsasında yeni texnologiyaların tətbiqi yolu ilə təmin olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR