FHN Şəkidə taxıl sahəsində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib - FOTO

FHN Şəkidə taxıl sahəsində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib

© APA | FHN Şəkidə taxıl sahəsində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib

# 25 iyun 2022 12:02 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Şəki rayonu ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, maarifləndirmə tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, “Aqrolizinq” MMC-nin, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, habelə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən kövşən sahələrin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, maarifləndirmə tədbirində kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılmasına dair tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, göstərilən mövzuda silsilə xarakterli tədbirlər digər rayonlarda da keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR