Gələn il təhsil xərclərinin hansı istiqamətlərə yönəldiləcəyi məlum olub

Gələn il təhsil xərclərinin hansı istiqamətlərə yönəldiləcəyi məlum olub
# 03 noyabr 2022 11:18 (UTC +04:00)

Növbəti il üzrə təhsil xərcləri üçün 4423,1 milyon manat vəsait proqnozlaşdırılıb.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Bu, 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1330,9 milyon manat və ya 43 faiz çoxdur.

Həmin xərclərin ÜDM-də xüsusi çəkisi 4,2 faiz (2022-ci illə müqayisədə 0,8 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 13,3 faiz təşkil edəcəkdir ki, bu da 2022-ci ilin müvafiq göstəricisinə nisbətən 1,3 faiz-bənd, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 2 faiz-bənd çoxdur.

Son 5 ildə (2019-2023-cü illər) təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,2 faiz-bənd, mütləq ifadədə isə 2227,4 milyon manat və ya 2 dəfə artıb.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2099,1 milyon manatı və ya 47,4 faizi (2022-ci illə müqayisədə 8,1 milyon manat və ya 0,4 faiz çox) ümumi təhsil xərclərinin, 1679,0 milyon manatı və ya 37,9 faizi (2022-ci ilə müqayisədə 487,5 milyon manat və ya 40,9 faiz çox) təhsil sahəsində digər müəssisələrin və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində müəyyən olunmuş tədbirlər, eləcə də bir sıra dövlət proqramlarının və digər məqsədli tədbirlərin maliyyə təminatı), 404,8 milyon manatı və ya 9,2 faizi (2022-ci illə müqayisədə 27,8 milyon manat və ya 7,4 faiz çox) məktəbəqədər təhsil xərclərinin, 86,7 milyon manatı və ya 2 faizi orta ixtisas təhsili xərclərinin, 70,6 milyon manatı və ya 1,6 faiz (2022-ci illə müqayisədə 10,4 milyon manat və ya 17,2 faiz çox) ali təhsilin, 64,2 milyon manat və ya 1,5 faizi (2022-ci illə müqayisədə 0,3 milyon manat və ya 0,5 faiz çox) peşə təhsilinin, 18,7 milyon manatı və ya 0,4 faizi (2022-ci illə müqayisədə 3 milyon manat və ya 19,1 faiz çox) əlavə təhsilin və təhsil sahəsində tətbiqi tədqiqatların maliyyələşdirilməsinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR