Gəncə Kardioloji xəstəxanasına yeni rəhbər təyin olunub

Əmiralı Yusifov

© APA | Əmiralı Yusifov

# 16 noyabr 2022 17:56 (UTC +04:00)

Gəncə Kardioloji xəstəxanasına yeni rəhbər təyin olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, Kardioloji xəstəxananın rəhbəri vəzifəsi Əmiralı Çingiz oğlu Yusifova həvalə olunub.

Qeyd edək ki, Əmiralı Yusifov bundan əvvəl Kardioloji xəstəxananın Miokard infarktı şöbəsinin müdiri vəzifəsində çalışıb. Kardioloji xəstəxananın əvvəlki rəhbəri Faxrəddin Namazov yaş həddi ilə bağlı işdən çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR