Gəncə, Masallı və Ucarda vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır

Gəncə, Masallı və Ucarda vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır
# 23 dekabr 2021 18:41 (UTC +04:00)

Şşəhid ailələri və müharibə iştrakçılarının müraciətlərinin qəbulu məqsədilə dekabrın 24-də daha 3 şəhər və rayonda - Gəncə şəhərində, Masallı və Ucar rayonlarında da regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, mərkəzlərdə 6-sı dövlət orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti), 19-u aidiyyəti şəhər və rayonların icra hakimiyyətləri olmaqla, 25 qurum tərəfindən 26 istiqamətdə xidmətlər vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim ediləcək.

Mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Gəncə, Masallı, Ucar şəhərlərindəki ərazi filaillarının binasında fəaliyyət göstərəcək. Həmin şəhər və rayonlarla yanaşı, ətrafdakı bölgələr də daxil olmaqla ümumilikdə 19 rayon və şəhər üzrə şəhid ailələri və müharibə iştirakçılarına xidmət edəcək.

Gəncə şəhərindəki vahid əlaqələndirmə mərkəzində (Gəncə şəhəri, Atatürk prospekti 12A) Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonları üzrə, Masallı rayonundakı vahid əlaqələndirmə mərkəzində (Masallı şəhəri, Heydər Əliyev prospekti, 38) Masallı, Astara, Cəlilabad, Lerik, Lənkəran, Yardımlı rayonları üzrə, Ucar rayonundakı vahid əlaqələndirmə mərkəzində (Ucar şəhəri, Nəriman Nərimanov küçəsi,11) Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Zərdab rayonları və Mingəçevir şəhəri üzrə vətəndaşların müraciətləri qəbul olunacaq.

Qeyd edək ki, bu il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində, noyabrın əvvəlindən isə Abşerondakı DOST mərkəzində vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir və ötən dövrdə bu mərkəzlərdə 5700 şəxsə xidmətlər göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR