Hava yenidən qeyri-sabit keçəcək - YENİLƏNİB

Hava yenidən qeyri-sabit keçəcək - YENİLƏNİB
# 13 may 2022 17:01 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq yayıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında mayın 14-ü gün ərzində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

16:43

“Respublikanın rayonlarında qeyri-sabit hava şəraiti gözlənilir”.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti artaraq 15-18 m/s təşkli edəcək: “Mayın 16-sı və 17-də havanın qısa müddətdə yenidən dəyişməsi proqnozlaşdırılır. Respublikanın rayonlarında qeyr-sabit hava şəraiti gözlənilir. Bundan başqa 20-21 mayda da hava qeyri- sabit keçəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR