Həkim: "Yüngül, risk qrupuna aid olmayan xəstələr evdə müalicə ala bilər"

Təyyar Eyvazov

© APA | Təyyar Eyvazov

# 29 dekabr 2021 16:14 (UTC +04:00)

“COVID-19-un idarəolunması ilə bağlı müəyyən sənədlər var”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19" mövzusunda çıxışında deyib. O bildirib ki, burada hansı xəstəyə necə yanaşmaq məsələləri qeyd olunub: “Xəstəliyə yoluxan şəxsin xəstəxanada və ya evdə müalicə olunması həkim tərəfindən müəyyənləşdirməlidir. Xəstəliyin gedişində əlamətlər hələ təhlükəli olmaya, evdə müalicə ilə bağlı qərar qəbul oluna bilər. Amma sonra ağırlaşma halı olarsa, həmin şəxsin xəstəxanaya yerləşdirilməsi məcburi olur”.

O qeyd edib ki, xəstəlik digər virus infeksiyaları ilə oxşar olduğu üçün insanlar fərqləndirə bilmir və xəstələndiklərində həkimə müraciət etmirlər: “Yüngül və risk qrupuna aid olmayan xəstələr evdə müalicə ala bilər. Vəziyyətdə pisləşmə olduğu zaman qərara baxılmalıdır. Bəzi şəxslər xəstəliyi ağır keçirə bildikləri halda evdə qalmağa israr edirlər və çox ağırlaşmış vəziyyətdə xəstəxanaya gəlirlər. Bu halda həkimlərin hansı müalicəyə əl atması məsələsi də müşkül olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR