İmtahan nəzarətçiləri mükafatlandırılıb - FOTO

İmtahan nəzarətçiləri mükafatlandırılıb - FOTO
# 18 noyabr 2022 12:16 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının 30 illiyinə və bu il keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə DİM və rəhbərliyi, YAP-ın Nəsimi rayonu üzrə nümayəndələri, imtahan nəzarətçiləri və media mənsubları iştrirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, Yeni Azərbaycan Partiyasının ölkəmizin bugünkü uğurlarındakı xidmətlərindən danışıb.

"Bütün bu nailiyyətlərin kökündə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs və partiyanın Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Məhz ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar xalqın partiyaya etimadının əsasını təşkil edir".

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov təşkilatın yaradılması və inkişaf tarixi haqqında məlumat verib:

"Bu gün tam inamla demək olar ki, ötən 30 il ərzində partiyamız Azərbaycan xalqına hədsiz xidmətlər göstərmiş və xalqımızı, millətimizi, ölkəmizi o ağır günlərdən çıxarıb bugünkü firavan, ən əsası qalib vəziyyətə gətirib".

DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin baş məsləhətçisi Elmir Məmişov imtahanların idarəedilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədilə hər il imtahanlara cəlb edilmiş məsul şəxslərin, eləcə də zal nəzarətçisi və imtahan rəhbərlərinin fəaliyyətinin yekun qiymətləndirilməsinin aparılması ilə bağlı iştirakçılara məlumat verib:

"Bu prosesə cəlb olunmuş şəxslərin qiymətləndirilməsində imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə halları və digər qayda pozuntularının aradan qaldırılması, onların ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu- anketlərində zal nəzarətçisi haqqında rəylər nəzərə alınır".

Çıxışlar yekunlaşdıqdan sonra Məleykə Abbaszadə Mərkəz tərəfindən bu il keçirilən imtahanlarda müxtəlif təşkilatların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakı haqqında məlumat verib. Sədr imtahanların şəffaf keçirilməsində zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı və layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin təşkilində öz köməyini əsirgəməyən müəllimlərə DİM kollektivi adından təşəkkür edib.

Qeyd edək ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1830 nəzarətçimüəllimə təşəkkür elan edilib, o cümlədən 30 zal nəzarətçisi, 5 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Bundan əlavə, müəllimlərə hədiyyə olaraq DİM nəşrlərindən ibarət kitablar da verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR