İranda daha 41 nəfər koronavirusdan ölüb

İranda daha 41 nəfər koronavirusdan ölüb
# 18 dekabr 2021 15:52 (UTC +04:00)

İranda ötən sutka ərzində 41 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 033 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1361 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6169011 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR