İrandakı səfirliyimizdə törədilən terrorda şəhid olan Orxan Əsgərovun 40 mərasimi keçirilib - FOTO - YENİLƏNİB

İrandakı səfirliyimizdə törədilən terrorda şəhid olan Orxan Əsgərovun 40 mərasimi keçirilib - FOTO  - YENİLƏNİB
# 09 mart 2023 14:11 (UTC +04:00)

Martın 9-da İrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı şəhid olan Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun 40 mərasimi keçirilib.

Gəncə İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, mərasimdə Şəhər İH-nin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədə Baş konsulu Recep Öztop, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı verib.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb. 29 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda, diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq şəhid Orxan Əsgərov (ölümündən sonra) “Vətən uğrunda” medalına layiq görülüb.

***

11.58

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun şəhid olmasından 40 gün ötür.

APA-nın Qərb bürosu xəbər verir ki, Gəncədə Orxan Əsgərovun həlak olmasının 40-cı günü ilə bağlı mərasim keçirilib.

40 mərasimində şəhidin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR