İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin parametrlərinə dəyişiklik edilib - CƏDVƏL

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 29 dekabr 2021 14:39 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nə dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, yük avtomobilləri üzrə üçoxlu avtomobil üçün müəyyən edilən hədd 24 tondan 25 tona, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün 25 tondan 26 tona qaldırılır.

Qərara əsasən, kombinə edilmiş nəqliyyat vasitələri üzrə yəhərli avtoqatarlar üçün ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə, üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə və üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 38 tondan 40 tona qaldırılır.

Əlavə edilən yeni maddəyə əsasən, üçoxlu dartıcı ikioxlu və ya üçoxlu yarımqoşqu ilə uzunluğu 12,192 m, eni 2,438 m, hündürlüyü 2,438 m və ya 2,591 m, yaxud 2,896 m olan konteynerin (40 futluq konteyner) daşınması zamanı 44 ton hədd müəyyənləşir.

Nəqliyyat vasitəsinin oxuna düşən yükün icazə verilən kütləsi (çəkisi) aşağıdakı cədvəl ilə müəyyən edilmiş hədləri aşmamalıdır:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR