İstirahət və idman məqsədləri üçün yeni park və qoruqlar salınacaq

İstirahət və idman məqsədləri üçün yeni park və qoruqlar salınacaq
# 22 iyul 2022 12:53 (UTC +04:00)

Yaşından, sosial statusundan, yaşayış yerindən asılı olmayaraq hamı üçün əlçatan, keyfiyyətli və müasir səhiyyə xidmətləri sistemi yaradılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, region və şəhərlərdə müasir tibb xidmətləri inkişaf etdiriləcək. Əhalinin idmanla məşğul olması təşviq olunacaq. İstirahət və idman məqsədləri üçün yeni park və qoruqlar salınacaq. Beləliklə, doğulanda gözlənilən ömür uzunluğu 73,2 ildən 75,2 ilə çatacaq. ÜDM-də səhiyyə xidmətlərinin payı 2%-dən artaraq 4,3% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR