İTSDA fondunun dövlət hesabına maliyyələşmə faizi aşağı düşüb

Zaur Əliyev

© APA | Zaur Əliyev

# 06 iyun 2022 14:17 (UTC +04:00)

“Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fondunun dövlət hesabına gəlirlərinin formalaşması 60 faizdir”.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O deyib ki, 2022-ci ildə bu rəqəmin 55 faizə düşməsini gözləyirlər:

“Gələcəkdə isə dövlət hesabına gəlirlərin formalaşmasının daha da aşağı salınması gözlənilir. Çünki investisiya gəlirləri hər il artır. Keçən il investisiya gəlirləri 10 milyon manat idisə, bu il bu gəlirlərin 15 milyon manat olması gözlənilir. Hələlik riskləri aşağı olan sahələrə investisiya qoya bilirik. Amma çalışırıq ki, vəsaitlərdən daha səmərəli şəkildə istifadə edək. Bizdə əməkhaqlarından tutulan vergilərin də faizləri aşağıdır. Əməkhaqqı fondu artdıqca bu faiz artacaq. Azərbaycanda alkoqollu içkilərə və tütün məmulatlarına aksiz dərəcəsi tətbiq olunur. Ancaq bir sıra ölkələrdə alkoqollu içkilərlə bərabər, həm də tərkibində şəkər olan içkilərə aksiz tətbiq olunur. Bu da maliyyə fondunun formalaşdırılmasında mühüm rol oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR