Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Kanadadan olan jurnalist və Gürcüstandan olan tanınmış bloger aksiya keçirilən əraziyə səfər ediblər.
Kanadalı jurnalist Deyv Qordon və gürcüstanlı bloger Tamuna Mumladze (Tako) aksiyanı müşahidə edirlər.