Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçib - YENİLƏNİB-1

Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçib - YENİLƏNİB-1
# 06 mart 2023 13:03 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Laçın istiqamətindən gələn RSK-ya məxsus 14 maşından ibarət karvan Xankəndiyə maneəsiz keçid edib.

***

11.13

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus 8 maşından ibarət karvan aksiya keçirilən ərazidən maneəsiz keçərək Laçın istiqamətinə hərəkət edib.

***

08.53

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndi istiqamətindən gələn RSK-ya məxsus avtomobil Laçın istiqamətinə maneəsiz keçid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR