Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl BQXK-yə məxsus 6 avtomobil Laçından Xankəndiyə keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.