Bank Of Baku

Lənkəranda qanunsuz ağac kəsimi faktı müəyyən edilib

Lənkəranda qanunsuz ağac kəsimi faktı müəyyən edilib
# 07 sentyabr 2022 09:06 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətləri tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyliyində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR