Mehriban Əliyeva İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib - YENİLƏNİB

Mehriban Əliyeva İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib - YENİLƏNİB
# 14 sentyabr 2019 23:20 (UTC +04:00)

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

APA xəbər verir ki, burada ictimaiyyətin nümayəndələri ilə görüşən Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:

-Salam, Xoş gördük. Sizi görməyə çox şadam.

-Sakinlər: Xoş gəlmisiniz.

-Mehriban ƏLİYEVA: İsmayıllı rayonunda olmaqdan, sizi görməkdən çox şadam. İlk növbədə, cənab Prezidentin salamlarını sizə çatdırıram. Görürəm ki, rayonda tam inkişaf prosesləri gedir, infrastruktur yaradılır, yollar abadlaşdırılır. Yeni bağçanın açılışında olduq. Yeni məktəb, tibb məntəqəsi tikilib. Episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan 5-6 fevral zəlzələsindən sonra, ayın 7-də cənab Prezident Şamaxı rayonuna gəldi və ətraf rayonlarda bu təbii fəlakətin fəsadları ilə tanış oldu və dərhal bütün lazımi göstərişləri verdi. Bu istiqamətdə işlər aparılır, fərdi evlər, sosial və infrastruktur obyektləri bərpa olunur. 547 fərdi evdən yarısı artıq tikilib, insanların istifadəsinə verilib. İndi yeni tikilən həmin evlərin birində olduq, çay süfrəsi arxasında söhbət etdik.

Mən çox şadam ki, İsmayıllı rayonunda da Azərbaycanın bütün regionlarında gedən proseslər çox yaxşı, sürətlə gedir. Bütün bunlardan məqsəd Azərbaycan xalqının, Azərbaycanın hər bir vətəndaşının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ölkəmizin gələcək inkişafı və daha da möhkəm, qüdrətli müstəqil Azərbaycanın olmasıdır.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

22:27

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.

APA xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Sonra Mehriban Əliyeva burada İsmayıllı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR