Məktəblərdə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunacaq

Məktəblərdə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunacaq
# 22 iyul 2022 13:15 (UTC +04:00)

Ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçidini təmin edəcək pilot proqramların tətbiqi nəzərdə tutulur.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Sənəddə bildirilib ki, planın əsas icraçısı Təhsil Nazirliyidir. İlkin olaraq tətbiq ediləcək pilot proqramların layihəsi hazırlanacaq.

2023-2025-ci illərdə 100 məktəbdə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR