Məktəblərdə fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

Məktəblərdə fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib
# 17 dekabr 2022 19:35 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin Yasamal rayon 286 saylı və Pirallahı rayon R.İbrahimov adına 131 saylı tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonunun E.Mehdiyev adına Vəndam qəsəbə 1 saylı, H.Rəşidov adına Vəndam qəsəbə 2 saylı, M.Murtuzov adına Tüntül və İ.Abdulkərimov adına Nohurqışlaq kənd tam orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Qazax şəhər N.Vəliyev adına 5 saylı və Şəmkir şəhər Nəriman Nərimanov adına tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Şabran rayonunun Şahnəzərli kənd və Xaçmaz rayonunun Ağyazı Buduq kənd tam orta məktəblərində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayonunun Dəmirçilər kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayonu Çiçəkli kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 15 saylı tam orta məktəbində və general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada, Aran Regional Mərkəzi tərəfindən Zərdab şəhər ümumi və Kürdəmir şəhər 3 saylı tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR