Milli Məclis yanında Toponimiya Komissiyasının katibi dəyişir

Milli Məclis yanında Toponimiya Komissiyasının katibi dəyişir
# 05 iyul 2022 19:38 (UTC +04:00)

Milli Məclis yanında Toponimiya Komissiyasının katibi dəyişir.

APA xəbər verir ki, bu, Milli Məclisin 8 iyulda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu vəzifəyə İskəndərov Cavid Nizami oğlu gətirilir.

Qüvvədə olan qərara əsasən, komissiyanın katibi Məmmədzadə Aqşin Təvəkkül oğlu idi.

Qeyd edək ki, Aqşin Məmmədzadə bundan öncə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR