Milli Məclisin komitəsində onkoloji xəstələrin müalicəsi üçün ayrılan vəsaitin artırılması təklif olunub

Milli Məclisin komitəsində onkoloji xəstələrin müalicəsi üçün ayrılan vəsaitin artırılması təklif olunub
# 18 sentyabr 2019 12:38 (UTC +04:00)

“2019-cu ildə onkoloji xəstələrin müalicəsi üçün dövlət büdcəsindən 30 milyon manat ayrılıb. Hökumətə müraciət edək ki, onkoloji xəstələrlə bağlı ayrılan maliyyə vəsaiti artırılsın”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədr müavini Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, xəstələrin sayı ilbəil artır: “Müasir dərman vasitələri çox bahadır. Buna görə də dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına ehtiyac var”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR