Musiqi məktəblərinə işə qəbulla bağlı sınaq imtahanının nəticəsi açıqlanıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 18 iyul 2022 16:54 (UTC +04:00)

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə iyulun 17-də keçirilən sınaq imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

İştirakçılar imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 349 nəfərdən 17-si imtahana gəlməyib.

İmtahanda namizədlərə 70 test tapşırığı təqdim olunub. 40 tapşırıq seçilən müvafiq sahә üzrә ixtisas biliklәrini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq mәntiqi tәfәkkürü, 10 tapşırıq isә ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR