Nazir: "200 min tələbənin yarısı ödənişli əsaslarla oxuyur"

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 04 may 2022 11:33 (UTC +04:00)

“Azərbaycan təhsilinin və elminin son 50 ildəki istiqaməti Heydər Əliyevin adı ilə bağlıdır”.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar şagirdlər arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunma mərasimində deyib.

O bildirib ki, 1970-ci illərdə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın məktəb şəbəkəsi genişləndirilib.

“Hazırda Azərbaycanda 4 400 ümumtəhsil müəssisəsi var. 1970-ci illərdə bu rəqəm 765 olub və 70-ci illərin sonuna qədər 2117-yə çatıb. Həmçinin ali təhsil alanların sayı 70 mindən 100 minə çatıb. Hazırda 200 mindən artıq tələbə müxtəlif təhsil pillələrində təhsil alır. Təxminən yarısı ödənişli əsaslarla oxuyur. Bu il 400 tələbə Dövlət Neft Fondunun hesabına dünyanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcək”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR