Nazir müavini: “Şimal bölgəsində yanğınların əsas səbəbi insan amilidir"

Firdovsi Əliyev

© APA | Firdovsi Əliyev

# 19 avqust 2022 18:34 (UTC +04:00)

İlkin hesablamalara görə, şimal bölgəsində olan yanğın 4000 hektar ərazini əhatə edib.

APA xəbər verir ki, bunu Qubada jurnalislərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda baş verən yanğınların 98 faizi insan faktoru ilə bağlıdır. Nazir müavini vurğulayıb ki, kənar müdaxilələrdən ən əsası taxıl zəmiləri biçildikdən sonra od vurulmasıdır: “5 gündür davam edən və şimal bölgəsində Siyəzən, Şabran, Quba və Xaçmaz rayonlarının ərazisində qeydə alınan yanğınlar son dövrlə ən baş verən yanğınların ən böyüyüdür. Təbiətə böyük ziyan dəyib. Əsas səbəbi də insan amilidir”.

Nazir müavini yanğınların miqyasının artmasının əsas səbəbinin 5 gün ərzində havanın güclü küləkli olması ilə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR