Nazir: “Nazirlər Kabineti nəzdində dərmanlarla bağlı xüsusi komissiya yaradılıb”

Nazir: “Nazirlər Kabineti nəzdində dərmanlarla bağlı xüsusi komissiya yaradılıb”
# 28 aprel 2022 13:46 (UTC +04:00)

“Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsi üçün yeni dəyişikliklər olacaq”.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Nazirlər Kabineti nəzdində dərmanlarla bağlı xüsusi komissiya yaradılıb: “Bu komissiyanın işi yekunlaşmaq üzrədir. Həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq. Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinı dair müəyyən dəyişikliklər olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR