Nazir: Tibbi qurumlar hazır olanda əlilliyin qiymətləndirilməsini yerlərdə edə biləcəyik

Nazir: Tibbi qurumlar hazır olanda əlilliyin qiymətləndirilməsini yerlərdə edə biləcəyik
# 11 noyabr 2022 16:45 (UTC +04:00)

“Gələcəkdə əlilliyin yerlərdə qiymətləndirilməsi tibbi qurumlarımızın hazırlıq səviyyəsindən asılıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əyani görüşlərin, kompleks qiymətləndirmələrin yerlərdə aparılması üçün Səhiyyə Nazirliyi və TƏBİB-lə müzakirələr aparıblar: “Xəstəxanalar, tibbi qurumlar hazır olanda biz əlilliyin qiymətləndirilməsini yerlərdə də edə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR