NDU-nun “Hərbi Tibb” ixtisasına əlavə sənəd qəbulu elan edilib

NDU-nun “Hərbi Tibb” ixtisasına əlavə sənəd qəbulu elan edilib
# 19 avqust 2022 17:44 (UTC +04:00)

Naxçıvan Dövlət Universiteti “Hərbi Tibb” ixtisasına qəbul üzrə əlavə sənəd qəbulu elan edib.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Hazırki sənəd qəbulunda aşağıdakı şəxslər iştirak edə bilərlər:

1. IV ixtisas qrupu üzrə cari qəbul imtahanlarında (buraxılış+blok) iştirak edib 300 və daha çox bal toplamış, mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşdan 23 yaşadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər;

2. Azərbaycan Tibb Universitetinin “Hərbi tibb” ixtisasına sənəd vermiş və həkim komissiyasından keçmiş, qəbul imtahanlarında (buraxılış+blok) 300-dən yuxarı bal toplamış abituriyentlər.

Müsabiqədə iştirak etmək üçün abituriyentlər Naxçıvan Dövlət Universitetində “Hərbi tibb” ixtisasına qəbul üçün yaradılmış komissiyaya 19-24 avqust tarixlərində ərizə ilə müraciət edə bilərlər. Abituriyentlər ərizə formasını yazdıqdan və şəxsən imzaladıqdan sonra, notarial qaydada təsdiq olunmuş formasını PDF variantda aşağıda qeyd olunan elektron ünvana göndərməlidirlər:

e-mail ünvanı: [email protected]

Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti, Əsas bina

Naxçıvan Dövlət Universitetində “Hərbi tibb” ixtisasına qəbul üçün yaradılmış komissiyanın əlaqə nömrələri:

(00994) 503004280; (00994) 602088800

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR