Neftçalada 8 otaqlı evdə yanğın olub

Neftçalada 8 otaqlı evdə yanğın olub
# 19 sentyabr 2022 09:50 (UTC +04:00)

Neftçalada evdə yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, rayonunun Qaraqaşlı kəndində ümumi sahəsi 288 m² olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın, aynabəndin yanar konstruksiyaları 72 m² sahədə və dam örtüyü 84 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR