NİİM: Bu il yol qəzalarında 7 uşaq ölüb, 27-si xəsarət alıb

NİİM: Bu il yol qəzalarında 7 uşaq ölüb, 27-si xəsarət alıb
# 01 iyun 2023 11:57 (UTC +04:00)

"Bu il yol qəzalarında 7 uşaq ölüb, 27 nəfər xəsarət alıb".

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəhbəri Namidan Piriyev "Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları" adlı tədbirdə deyib .

Onun sözlərinə görə, ötən il isə yol qəzalarında 57 uşaq ölüb, 145 uşaq xəsarət alıb:

"Bu uşaqların ölümünə valideynləri səbəb olub. Qəzaların statistikasını hazırlanarkən uşaqlarla bağlı statistik göstəricilər ayrıca verilir. Ölüm və xəsarətlə nəticələnən bu hadisələrin təməlində bəzən piyadaların öz həyatlarını heçə sayması, ani diqqətsizliyi və ya məsuliyyətsizliyi dayanır. Ötən ilin statistikasında yol-nəqliyyat hadisələrində artım olsa da, azyaşlıların ölüm sayında bu hal müşahidə edilmir. Lakin bu, yetərli deyil. Biz yollarda daha diqqətli, daha məhsuliyyətli olmalıyıq".

"“Gedəcəyim ünvana daha tez çatım” prinsipini əsas tutan belə piyadalar yola necə gəldi çıxırlar. Təəssüf ki, ölümü keçiddən üstün sayan piyadalar hətta 4-6 zolaqlı, sürətli yollarda belə yaxınlaşan avtomobilin qarşısına qəfil çıxmaqla qəzaların qurbanına çevrilirlər", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR