Növbəti tədris ilindən tətbiqinə başlanılacaq dərsliklər açıqlanıb

Rüfət Əzizov

© APA | Rüfət Əzizov

# 30 avqust 2022 11:30 (UTC +04:00)

Növbəti tədris ilində bir sıra yeni dərsliklərin tətbiqinə başlanılacaq.

Bunu APA-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, bunlardan biri V siniflər üçün "Təbiət 5" dərsliyidir və bu ildən kütləvi istifadəyə veriləcək.

"Əlavə olaraq III siniflərdə "Happy Campers" ingilis dili dərsliyi keçiriləcək. Bu dərslik I-II siniflərdə tətbiq olunurdu. Həmçinin ötən illərdə pilot olaraq tədris olunan dərsliklər bu ildən kütləvi şəkildə keçiləcək. Bunlar əsasən ibtidai sinif dərslikləridir. Yuxarı siniflərdə tədris olunan dərsliklərin də bəziləri yenilənib" - deyə İnstirut direktoru bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR