Ölkə üzrə avqust ayının pensiya ödənişi yekunlaşıb

Ölkə üzrə avqust ayının pensiya ödənişi yekunlaşıb
# 17 avqust 2022 10:00 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, ötən gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar tam ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR