Ombudsman sahibkarlıq sahəsində yoxlamalarla bağlı qanuna dəyişiklik təklif edib

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 26 iyul 2022 15:04 (UTC +04:00)

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 2-ci maddəsində yoxlamaların aparılmasını istisna edən hallara ayrıca olaraq “hüquq və azadlıqların pozulması” halının da əlavə edilməsi aktualdır və bununla bağlı qanunvericiliyə müvafiq əlavə və dəyişikliyin edilməsi zəruridir”.

APA xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva APA-ya açıqlamasında deyib.

O bildirib ki, "Ombudsman haqqında Konstitusiya Qanunu”na əsasən əmək hüquqlarının sahibkarlar tərəfindən pozulması hallarında Müvəkkilin məsələyə birbaşa müdaxilə etməsi mümkün olmadığından, bu şikayətlər Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə araşdırılır: “Lakin, bir sıra hallarda Xidmətdən verilən cavablarda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun müddəaları əsas gətirilməklə şikayətlərin araşdırılmasının mümkün olmadığı bildirilir. Halbuki, bəzən əmək hüquqlarının pozulması insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yarada bilər ki, bununla əlaqədar araşdırmanın aparılması müvafiq Qanunun 2-ci maddəsinin müddəalarına uyğundur. Digər tərəfdən konkret hüquq pozuntusu ilə bağlı müraciətlərin araşdırılmasının sahibkarlıq fəaliyyəti ilə bağlı olan yoxlamalarla eyniləşdirilməsi düzgün hesab edilə bilməz və düşünürəm ki, bu normanın konstitusion şərhinə ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR