Ötən il 821 nəfər narkotik asılılığına görə ixtisaslaşmış müalicəyə cəlb edilib

Ötən il 821 nəfər narkotik asılılığına görə ixtisaslaşmış müalicəyə cəlb edilib
# 19 yanvar 2023 14:05 (UTC +04:00)

Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının “802 qaynar xətt” xidmətinə ötən il daxil olan müraciətlərin 821-i narkotik asılılıqdan müalicə, 1079-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.

APA xəbər verir ki, bu barədə komissiyanın məlumatında deyilir.

Məlumata görə, nəticə olaraq 821 nəfər narkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1042-dən çox müraciət daxil olub. Onlardan 71-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 562-si könüllü müalicə ilə bağlı olub.

“802 qaynar xətt” zəng xidmətinə müraciət edən narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR