Ötən il qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlanıb

Ötən il qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlanıb
# 24 dekabr 2021 15:05 (UTC +04:00)

2020-ci ildə ölkə üzrə qadınlara qarşı 5176, o cümlədən zorakılıqla müşayiət olunan 2067 cinayət qeydə alınıb.

APA-nın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatında əksini tapıb.

Məlumatda qeyd edilib ki, həmin cinayətləri törətmiş 2414 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub. Cinayətlərin 973-ü qısqanclıq, ailə münaqişəsi və s. zəmində baş verib.

Həmçinin 2020-ci il ərzində gender əsaslı zorakılıqla bağlı 85 cinayət işi üzrə 103 şəxs barəsində prokurorluq orqanları müvafiq qərar qəbul edib. 291 cinayət işi üzrə isə 291 şəxs barəsində daxili işlər orqanları tərəfindən ümumilikdə 376 cinayət işi üzrə 394 şəxs barəsində araşdırma aparılıb və müvafiq qərarlar qəbul edilib.

Məlumatda qeyd olunub ki, Daxili İşlər Nazirliyi tərəfindən qadın və qızların ictimai mənəviyyata zidd əməllərə, narkotik vasitələrin istehlakına təhrik edilməsi, "alver" obyektinə çevrilməsi, habelə qadın hüquqlarının pozulması hallarının qarşısının alınması üzrə profilaktik tədbirlərin və əməliyyat-axtarış fəaliyyətinin gedişi davamlı nəzarətdə saxlanılıb. Qadınların təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində keçdikləri bütün cinayət işləri, o cümlədən materiallar mütəmadi təhlil olunub, onları cinayətə təhrik edən amillərin öyrənilib aradan qaldırılması, aidiyyəti orqan və təşkilatlara zəruri vəsatətlər verilməsi təmin olunub.

Ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə görülən operativ cavab tədbirləri ilə 10 587 hüquqazidd əməlin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR